Bu il Orta Dəhlizdə dar boğazlar aradan qaldırılacaq - EKSKLÜZİV

Bu il Orta Dəhlizdə dar boğazlar aradan qaldırılacaq - EKSKLÜZİV Bu il Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca yükdaşımalarının həcminin artımı üçün dar boğazların aradan qaldırılması hədəflənir.
İnfrastruktur
30 Aprel , 2024 15:39
Bu il Orta Dəhlizdə dar boğazlar aradan qaldırılacaq - EKSKLÜZİV
Fariz Əliyev

Bu il Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca yükdaşımalarının həcminin artırılması üçün dar boğazların aradan qaldırılması hədəflənir.

Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz boyunca yük daşımalarında müsbət dinamika gözlənilir: "Bu ilin I rübündə Azərbaycanın tranzit yükdaşımalarının həcmi 4 milyon ton olub. İlin sonuna bu göstəricinin 15 milyon tonu keçməsi planlaşdırılır".

F.Əliyev qeyd edib ki, Orta Dəhliz boyunca lazımi qədər investisiya yatırılıb, Qazaxıstanın Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb.

"Orta Dəhliz boyunca yükdaşımaların həcminin artırılması üçün tərəfdaş ölkələrlə birlikdə çalışırıq. Bu istiqamətdə birgə təşəbbüslər mühüm əhəmiyyətə malikdir”, - deyə şöbə müdiri əlavə edib.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

Son xəbərlər

Orphus sistemi