Yuxarı

Səməd Seyidov

 - 

Azərbaycan Milli Məclisinin deputatı



2000

2000-ci ildən Azərbaycan Dövlət Dillər Universitetinin rektorudur. Həmin ildən Milli Məclisin deputatıdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1986

1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

1981

1981-1986-cı illərdə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb.

1964

Səməd İsmayıl oğlu Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olub.