Səfərbərlik Xidmətinin İmişli bölməsinin rəisi rüşvət almaqda təqsirləndirilərək həbs edilib - RƏSMİ - YENİLƏNİB

Səfərbərlik Xidmətinin İmişli bölməsinin rəisi rüşvət almaqda təqsirləndirilərək həbs edilib - RƏSMİ - YENİLƏNİB Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev həbs edilib.
Hadisə
24 Oktyabr , 2024 16:16
Səfərbərlik Xidmətinin İmişli bölməsinin rəisi rüşvət almaqda təqsirləndirilərək həbs edilib - RƏSMİ - YENİLƏNİB

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Report"un hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

O bildirib ki, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

16:09

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev həbs edilib.

"Report" xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsi tərəfindən seçilib. Məhkəmənin qərarı Xəyyam Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xəyyam Babayev rüşvət almaqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 311-cü maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi