Səbaildə avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 16 noyabr, 2019
  • 15:53
Səbaildə avtomobil piyadanı vuraraq öldürüb

Bakının Səbail rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb.

Belə ki, adı və soyadı hələki bilinməyən təxminən 60-65 yaşlarında olan şəxs yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı hadisə yerində keçinib.