Samuxda işçiləri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var

Samuxda işçiləri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var Samux rayon Fizuli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 Avqust , 2020 09:15
Samuxda işçiləri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var

Samux rayonunun Füzuli kəndi ərazisində günabaxan plantasiyalarında işləyənləri daşıyan mikroavtobus aşıb.

Reportun Qərb Mərkəzinin məlumatına görə, Bəhram Məmmədovun idarə etdiyiMercedes markalı mikroavtobus hərəkətdə olan zaman önünə çıxan uzunqulağa quşulmuş qoşquya çırpılıb daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə nəticəsində mikroavtobusda olan 11 nəfər xəsarət alıb. Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Onlardan 2000-ci il təvəllüdlü Rəşad Vidadi Oğlu Orucovun və daha bir nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti normal və qənaətbəxşdir, bəziləri müayinə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

08:50

Samux rayonunun Füzuli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Ceyran Səlimova, Şəhla Quliyeva, Təzəgül Məhərrəmova, Mehriban Qurbanova, Rəşad Orucov, Sucayyət Məmmədova, Nailə Abdullayeva, Hüsniyə Hüseynova, Yeganə Allahverdiyeva, Aynur Məmmədova və Nübar Əliyeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlardan ikisinin vəziyyəti ağırdır.  

Faktla bağlı araşdırma gedir. 

Son xəbərlər

Orphus sistemi