Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var - YENİLƏNİB

Hadisə
  • 18 iyun, 2018
  • 15:09
Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var - YENİLƏNİB

Şamaxı. 18 iyun. REPORT.AZ/ Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda baş verib.

Belə ki, pivə daşıyan avtomobil dərəyə yuvarlanıb. Nəticədə 2 nəfər - Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Sohlu oğlu Vahidov və onun həmyerlisi, 1975-ci il təvəllüdlü Rahid Əhmədalı oğlu Vahidov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, R. Vahidov xəstəxanada dünyasını dəyişib.


***18:04

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda baş verib.

Qəza zamanı 2 nəfər - Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Sohlu oğlu Vahidov və onun həmyerlisi, 1975-ci il təvəllüdlü Rahid Əhmədalı oğlu Vahidov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.