Şamaxı rayonunda avtomobil aşıb, 1 nəfər ölüb
Hadisə
- 23 mart, 2023
- 18:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Göstərilən tibbi yardımlara baxmayaraq A. Əliyev vəfat edib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
06:31
Yaponiyada mövsümün ilk quş qripi hadisəsi səbəbindən 200 min toyuq tələf ediləcək
Digər ölkələr
06:06
Video
Nyu-Yorkda binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb - Yenilənib-2
Digər ölkələr
05:33
Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
Sağlamlıq
05:04
Kuşner hesab edir ki, Avropa Rusiya-Ukrayna danışıqlarında iştirak etməlidir
Digər ölkələr
04:42
WSJ: Vens İranın kəşfiyyat rəsmisi ilə şəxsən danışıqlar apara bilər
Digər ölkələr
04:18
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər
Digər ölkələr
03:37
"Politico": Daha çox respublikaçı Rubionun prezidentliyə namizədliyini dəstəkləyir
Digər ölkələr
03:04
NYT ABŞ-nin İranı blokadası üçün yeni strategiyasına qarşı çıxan ölkələrin adlarını açıqlayıb
Digər ölkələr
02:31
Edi Rama: Serbiyadakı siyasi proseslərlə bağlı nikbin nəticələr çıxarmaq hələ tezdir
Digər ölkələr