Salyanda idarəetmədən çıxan avtomobil evə çırpılıb, dörd nəfər yaralanıb - YENİLƏNİB

Salyanda idarəetmədən çıxan avtomobil evə çırpılıb, dörd nəfər yaralanıb - YENİLƏNİB Salyan rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə
21 İyun , 2024 22:28
Salyanda idarəetmədən çıxan avtomobil evə çırpılıb, dörd nəfər yaralanıb - YENİLƏNİB

Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, qəzada xəsarət alanlar - Salyan rayon sakinləri, 1987-ci il təvəllüdlü Bayramov Samir Ağayusif oğlu, 2017-ci il təvəllüdlü Bayramlı Yusif Samir oğlu, 1982-ci il təvəllüdlü Əliyeva Böyükxanım Soltan qızı və 2012-ci il təvəllüdlü Abdullayev Samir Cavid oğludur.

Yaralılardan biri cərrahiyyə şöbəsində əməliyyat olunub.

Qeyd edək ki, bu gün axşam saatlarında şəhərin T. Xəlilbəyli küçəsindəki peşə liseyinin yaxınlığında “Hundai Sonata” markalı avtomobil “Chevrolet” markalı avtomobillə toqquşub, sonra avtomobillərdən biri idarəetmədən çıxaraq fərdi yaşayış evinə çırpılıb. Faktla bağlı araşdırma aparılır.

20:40

Salyan rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Salyan şəhərindəki peşə liseyinin yaxınlığında baş verib.

İlkin məlumata əsasən, idarəetmədən çıxan minik avtomobili fərdi yaşayış evinə çırpılıb. Qəza nəticəsində dörd nəfərin yaralandığı bildirilir.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi