Sabunçu rayonunda binaların üzlüyü dəyişdirilir

Hadisə
  • 21 may, 2015
  • 09:34
Sabunçu rayonunda binaların üzlüyü dəyişdirilir

Bakı. 21 may. REPORT.AZ/ Sabunçu rayonu ərazisində yerləşən və fasadlarına poliuretan materiallar vurulan binaların aqlay daşlarla üzlənməsi I Avropa Oyunlarına qədər başa çatdırılacaq. Bu barədə "Report"a Sabunçu Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

İcra Hakimiyyətindən bildirilib ki, rayonun Bakıxanov qəsəbəsinin girişində 2 beşmərtəbəli binanın fasadı ötən gecədən sökülməyə  başlanılıb və səhərə qədər iş yekunlaşıb: "Sabunçu Rayon İcra Hakimiyyəti ətrafında 3 doqquzmərtəbəli bina var ki, həmin binalar poliuretan materiallarla üzlənib və  qısa müddət ərzində həmin üzlüklər söküləcək. Sökülən binaların fasadı yüksək səviyyəli aqlay üzlüklərlə üzlənəcək. Bu işlər Avropa Oyunlarına qədər yekunlaşacaq".