Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib

Hadisə
  • 18 dekabr, 2014
  • 00:01
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakı. 18 dekabr. REPORT.AZ/ Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 32 yaşlı paytaxt sakini hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Adil Əlibalayev küçəsi 2 saylı binanın həyətində baş verib.

Bıçaq xəsarəti alan Elvin Yaşar oğlu Mahmudov ailə üzvləri tərəfindən 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Yaralı əməliyyat olunduqan sonra palataya yerləşdirilib.

Hadisə barədə aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib.

Polis əməkdaşları xəstəxanada müalicə olunan Elvin Mahmudovun izahatını alıblar. Zərərçəkən yıxıldığını bildirsə də, tibbi ekspertizanın rəyindən sonra onun başına gələn hadisəyə hüquqi qiymət veriləcək.