Şabranda yanğın baş verən ərazidə elektrik verilişi dayandırılıb

Şabranda yanğın baş verən ərazidə elektrik verilişi dayandırılıb Şabran rayonunda meşə massivi yanır
Hadisə
10 İyul , 2022 20:30
Şabranda yanğın baş verən ərazidə elektrik verilişi dayandırılıb

Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. 

“Report”un Şimal bürosu xəbər verir ki, kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildirib.

Qısaqapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.

Alovun qarşısını almaq getdikcə çətinləşir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissələrinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

19:42

Şabranda baş verən güclü yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Ağalıq kəndində baş verən yanğının miqyası getdikcə genişlənir.

Belə ki, avtomobillərin hərəkəti üçün ciddi təhlükə yarandığından Gəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb. Həmçinin ətrafda yerləşən bir sıra ictimai iaşə obyektləri yanıb.

Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan kənd üçün təhlükə yaratmaqda davam edir.

18:43

Şabran rayonunda meşə massivi yanır.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində baş verib.

Belə ki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğının miqyası genişlənərək ətraf ərazilərdə yayılıb.

Meşə massivinə düşən yanğın yaxınlıqda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadır.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların avtomobili və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi