Sabirabadda maşın piyadanı vurub

Hadisə
  • 18 avqust, 2018
  • 15:21
Sabirabadda maşın piyadanı vurub

Sabirabad. 18 avqust. REPORT.AZ/ Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib

"Report"-un Mil-Muğan bürosunun verdiyi xəbərə görə, rayonun Azadakənd kəndinin sakini Xankişiyev İsrafilin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçən kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Vüqar Ataxan oğlunu vurub. 

Vüqar Ağayev dərhal kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.