Sabirabad sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Hadisə
  • 01 oktyabr, 2016
  • 15:27
Sabirabad sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Sabirabad. 1 oktyabr. REPORT.AZ/ Sabirabad rayon sakinini elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Kənd sakini, 25 yaşlı Kənan Sənan oğlu Quliyev elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.