Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib: "Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".
Saatlıda müəllim və 8 şagird dəm qazından zəhərlənib.
“Report”un Aran bürosunun məlumatına görə, dəm qazından zəhərlənənlər rayonun Qaranuru kənd sakinləridir.
Onlar dərhal dərhal Saatlı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb, səhhətlərinin qənaətbaəxş olduğu bildirilir.
Həmin şəxslər 1965-ci il təvəllüdlü müəllim İsmayılova Göyçək Mətləb qızı, 2013-cü il təvəllüdlü Yarıyeva Fidan Seymur qızı, 2014-cü il təvəllüdlü Nüsrəddin Məhəmməd Samir oğlu, Hüseynli Məhəmməd İlham oğlu, Poladova Gülüstan Rauf qızı, Zahidli Təqi Azad oğlu, Həsənzadə Nazlı Anar qızı, Mənsimli Səadət Rauf qızı və Nuriyeva Tunar Hafiz qızıdır.
Faktla bağlı araşdırma aparılır.