Rusiyada Hollandiya vətəndaşının oğlunu qaçırmağa cəhddə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Rusiyada Hollandiya vətəndaşının oğlunu qaçırmağa cəhddə şübhəli bilinən azərbaycanlı saxlanılıb Uşağa görə 15 milyon rubl tələb etmək planlaşdırılırmış
Hadisə
31 Mart , 2016 11:33
Rusiyada Hollandiya vətəndaşının oğlunu qaçırmağa cəhddə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Bakı. 31 mart. REPORT.AZ/ Həştərxanda biri Azərbaycan vətəndaşı olmaqla iki yerli sakinə qarşı cinayət işi açılıb. Onlar Hollandiya vətəndaşının oğlunu qaçırmağa cəhddə şübhəli bilinir.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin rəisinin baş köməkçisi Andrey Xeqay məlumat verib.

İstintaqın versiyasına görə, 2016-cı ilin fevral ayında Həştərxanın işsiz sakini pul əldə etmək məqsədilə Niderland Krallığının vətəndaşının dörd yaşındakı oğlunu oğurlamağı qərara alır və bu işə tanışını cəlb edir. Onlar uşağı evin yaxınlığında qaçırmağı, sonra da uşağın valideynlərinə 15 milyon rubl dəyərində pul qarşılığında övladlarını geri qaytaracaqlarıyla bağlı qeyd ötürməyi planlaşdırıb.

Belə ki, onlar dünən planlarını həyata keçirmək üçün Volqaboyu rayonunda yerləşən kottecli qəsəbəyə "Mercedes" avtomobiliylə gəlib biznesmenin həyat yoldaşı və uşağını gözləyərkən çevik polis alayı məsələdən hali olub. Dərhal hadisə yerinə gələn polislər əməliyyatçılarla birgə maskalı və silahlı şəxsləri zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi