Bakı. 1 oktyabr. REPORT.AZ/ Rusiya
"Report" "İnterfax"a istinadən xəbər verir ki, məlumata görə, vəsatət daxil olacağı təqdirdə o, azadlıqdan məhrum edilmiş şəxslərin cəzasını sonradan çəkmək üçün təhvil verilməsinə dair Konvensiyasının müddəalarına və Rusiya Cinayət-Prosessual Məcəlləsinə müvafiq qaydada nəzərdən keçiriləcək.
"İndiyədək Rusiyanın Ədliyyə Nazirliyinə Orxan Zeynalovun Rusiyadan Azərbaycana təhvil verilməsinə dair vəsatət daxil olmayıb. Bununla əlaqədar Rusiya Ədliyyə Nazirliyində sözügedən məsələyə baxılmır",— deyə agentlik idarənin məlumatını sitat gətirir.
Bir neçə gün əvvəl Azərbaycan mətbuatında Orxan Zeynalovun atasına istinadən onun Azərbaycana ekstradisiya olunacağı ilə bağlı sənədlərin hazırlanması barədə məlumat dərc olunub.
Sözügedən qətlin 10 oktyabr 2013-cü ildə törədildiyi iddia edilir.