Qusarda xanım sürücü 9 yaşlı qızı maşınla vuraraq öldürüb

Qusarda xanım sürücü 9 yaşlı qızı maşınla vuraraq öldürüb Hadisə Ləgənqışlaq kəndi ərazisində baş verib
Hadisə
16 İyul , 2017 14:24
Qusarda xanım sürücü 9 yaşlı qızı maşınla vuraraq öldürüb

Qusar. 16 iyul. REPORT.AZ/ Qusar-Xudat yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, yolun Qusarın Ləgənqışlaq kəndi ərazisindən keçən hissəsində 9 yaşlı Məryəm Zərbəliyevanı maşın vuraraq öldürüb.

Hadisəni 1962-ci il təvəllüdlü Nərmin Məmmədova idarə etdiyi avtomobillə törədib. Məryəm hadisə yerində ölüb.

Faktla bağlı Qusarın hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi