Qusarda narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb

Qusarda narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünü saxlayıblar.
Hadisə
292
27 Aprel , 2022 10:37
Qusarda narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünü saxlayıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Müzəffər Şahbazlı idarə etdiyi “VAZ-21101” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını, ictimai-asayişi nümayişkəranə və kobud şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər törədib.

M.Şahbazlı polis əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılarkən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. O, RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən olunub.

Qusar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi