Qurban Yetirmişli: "Gürcüstandakı güclü zəlzələnin Azərbaycanda hiss olunması qaçılmaz idi"

Qurban Yetirmişli: "Gürcüstandakı güclü zəlzələnin Azərbaycanda hiss olunması qaçılmaz idi" "Ötən gün axşam saatlarında Gürcüstan ərazisində baş verən zəlzələ güclü zəlzələdir. Bu ölkənin dağlarında baş verən zəlzələ çox böyük ərazini əhatə edir. Bu cür güclü və 10 km dərinliyində olan zəlzələnin təbii ki, yaxın ərazilərdə də hiss olunması qaçıl
Hadisə
14 Fevral , 2022 09:03
Qurban Yetirmişli: Gürcüstandakı güclü zəlzələnin Azərbaycanda hiss olunması qaçılmaz idi
Qurban Yetirmişli

"Ötən gün axşam saatlarında Gürcüstan ərazisində baş verən zəlzələ güclü zəlzələdir. Bu ölkənin dağlarında baş verən zəlzələ çox böyük ərazini əhatə edir. Bu cür güclü və 10 km dərinliyində olan zəlzələnin təbii ki, yaxın ərazilərdə də hiss olunması qaçılmazdır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, yeraltı təkan bu ölkənin dağlıq Cavaxeti bölgəsində, Ermənistanla sərhəd ərazidə baş verib.

Baş direktor bildirib ki, bu da RSXM-nin Qazax stansiyasına yaxın olduğu üçün (103 km məsafədə) Azərbaycanın qərb rayonlarında da hiss olunub:

"Bir neçə aydır ki, orada xırda təkanlar qeydə alınmaqdadır və proses davam edirdi. Bu təkanlar hazırda da davam edir, afterşoklar gedir. Bu cür güclü və 10 km dərinliyində olan zəlzələnin təbii ki, yaxın ərazilərdə də hiss olunması qaçılmazdır".

Zəlzələnin qonşu ölkədə çox böyük ərazini əhatə etdiyini vurğulayan Q.Yetirmişli deyib ki, hətta Tbilisi, Batumi və digər yaşayış məntəqələrində də yeraltı təkan hiss olunub. O qeyd edib ki, Gürcüstanın demək olar ki, cənub-qərb hissəsində olan yaşayış məntəqələrində yeraltı təkan hiss olunub.

Baş direktor vurğulayıb ki, zəlzələ Azərbaycanın sərhəd rayonları olan Qazax, Ağstafa, Gəncə, Gədəbəy və digər ərazilərdə 3-4 bal gücündə hiss edilib. Onun sözlərinə görə, zəlzələ güclü olduğundan dalğası da yayılır:

"Dalğa sönənə qədər də bunun hiss olunması normaldır. Məsafənin yaxınlığına uyğun olaraq zəlzələnin Azərbaycanın sərhəd zonasında hiss olunması qaçılmaz idi, amma təbii ki, bu, bizim ölkə üçün fəsad törədəcək qədər güclü deyil. Təşvişə də ehtiyac yoxdur".

Son xəbərlər

Orphus sistemi