Qurban Yetirmişli: “Azərbaycanda seysmoloji vəziyyət fon səviyyəsindədir”

Qurban Yetirmişli: “Azərbaycanda seysmoloji vəziyyət fon səviyyəsindədir” “Bakı ərazində heç bir aktivlik yoxdur”
Hadisə
8 Avqust , 2016 11:44
Qurban Yetirmişli: “Azərbaycanda seysmoloji vəziyyət fon səviyyəsindədir”

Bakı. 8 avqust. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O xatırladıb ki, son günlər ölkənin seysmogen bölgələrində zəif, hiss olunmayan təkanlar qeydə alınıb: “Yer daxilində hərəkət daim var və təkanların olması da normaldır. Son bir neçə gündə Xəzərdə, Goranboy bölgəsində, ölkənin şimal-qərbində, Talış dağlarında maqnitudası 0.5, 0.7 olan zəif, hiss olunmayan təkanlar baş verib. İmişlidə baş verən zəlzələdən sonra həmin bölgədə də avtoşoklar olub, təkanların hamısı çox zəif, hiss olunmayan təkanlardır. Sadəcə həmin sahədə enerji boşalması gedir”.

Q.Yetirmişli həmçinin qeyd edib ki, Bakı ərazində heç bir aktivlik yoxdur.

Son xəbərlər

Orphus sistemi