Qubada qumar üstündə qətl törətməkdə təqsirləndirilən sevgililərin məhkəməsi başlayıb

Qubada qumar üstündə qətl törətməkdə təqsirləndirilən sevgililərin məhkəməsi başlayıb Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
10 Aprel , 2018 12:10
Qubada qumar üstündə qətl törətməkdə təqsirləndirilən sevgililərin məhkəməsi başlayıb

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə həmin şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 18-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. E.Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi nikahda yaşadığı R.Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı A.Balayev E.Rəsulovu təhqir edib. Bu zaman E.Rəsulov A.Balayevi yerə yıxaraq yumruq-təpik zərbələri vurmağa başlayıb.

Ciddi müqavimət görən E.Rəsulov R.Əlmuradovadan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Qadın da ipi gətirərək A.Balayevin əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan A.Balayevi yumtuq-təpik zərbələri vuraraq qətlə yetirib.

E.Rəsulov ilkin ifadəsində dostunun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyi məlum olub.

A.Balayevin 3 azyaşlı övladı var. Hadisəni törədən E.Rəsulov isə əvvəllər məhkum olub.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi