Qobustanda yol qəzasında ölən və yaralananların adları məlum olub - SİYAHI - FOTO - YENİLƏNİB
- 26 oktyabr, 2019
- 06:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Qobustan rayonunda baş verən ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində Ağsu rayon sakini, 1966-ci il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu dünyasını dəyişib.
Qəza zamanı Ağsu rayon sakinləri - 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı,1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu isə xəsarət alıblar.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
*** 08:44
Qobustan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.