Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi Qazaxıstan Baş Prokurorluğunun xüsusi nəzarətindədir.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri Baş Prokurorluğa istinadən məlumat yayıb.
Bildirilib ki, hava gəmisinin qəzasının hallarının araşdırılması üçün idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb.
Xüsusi prokurorların rəhbərliyi altında qrupa nəqliyyat prokurorluğu, DİN və FHN əməkdaşları daxildir.
Baş nəqliyyat prokuroru hökumət komissiyasının tərkibində hadisə yerinə göndərilib.
Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin təhqiqatına başlanılıb.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin, nəqliyyat polisi və prokurorluğun nümayəndələri gəlib.
Səbəblərin müəyyənləşdirilməsi davam edir, Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 344-cü maddəsi ("Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması") üzrə məhkəməyə qədər təhqiqata başlanılıb.