Qazaxda fəhlə qum dolu yük maşınının altında qalaraq ölüb - YENİLƏNİB

Qazaxda fəhlə qum dolu yük maşınının altında qalaraq ölüb - YENİLƏNİB Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
15 Dekabr , 2018 14:15
Qazaxda fəhlə qum dolu yük maşınının altında qalaraq ölüb - YENİLƏNİB

Qazax. 15 dekabr. REPORT.AZ/ Qazax rayonunda baş verən bədbə\xt hadisə zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, 60 yaşlı Musa İbrahim oğlu Nəbiyev beton plitənin çökməsi səbəbindən quyuya düşüb. Bu zaman yük maşını da aşaraq qumu onun üzərinə töküb. Nəticədə M.Nəbiyev hadisə yerində ölüb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 12:28

Qazax. 15 dekabr. REPORT.AZ/ Qazax rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində tikinti işlərinin aparıldığı ərazidə qeydə alınıb. 

Belə ki, həmin tikintidə fəhlə işləyən, hələlik adı məlum olmayan fəhlə içərisi qumla dolu yük avtomobilinə istiqamət göstərən zaman maşının altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi