Qaxda polis əməkdaşına odlu silahdan atəş açılıb, yaralanan var - YENİLƏNİB

Qaxda polis əməkdaşına odlu silahdan atəş açılıb, yaralanan var - YENİLƏNİB Qax rayonunda silahlı insident baş verib
Hadisə
1631
21 May , 2021 15:07
Qaxda polis əməkdaşına odlu silahdan atəş açılıb, yaralanan var - YENİLƏNİB
0 : 00
0 : 00

Qax rayonu ərazisində silahlı insident zamanı əlindən yaralanan polis əməkdaşının kimliyi məlum olub.

“Report”un xəbərinə görə, bu, Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmovdur.

14.46

Qax rayonunda silahlı insident baş verib.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb və onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis arasında mübahisə yaranıb. Daha sonra həmin şəxslər silahdan atəş açıblar. Nəticədə polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər isə ərazidən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda polisə atəş açan şəxslərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi