Qaxda magistral yol açılıb - YENİLƏNİB
- 07 iyun, 2024
- 20:50
Qaxda ötən gün bağlanan magistral yol açılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclarin aşması nəticəsində bağlanan magistral yolda hərəkət bərpa edilib.
Hazırda ağacların doğranılaraq ərazidən götürülməsi işləri görülür.
07.06.2024.23:26
Qaxda ağaclar magistral yolu bağlayıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb.
Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində işlər aparılır.