Qaxda avtomobil təmiri sexində yanğın olub - VİDEO
Hadisə
- 28 iyun, 2021
- 08:30
Qax rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Əliağa Vahid küçəsində Eyvaz Rəsulova məxsus ümumi sahəsi 45 kvadratmetr olan avtomobil təmiri sexində baş verib.
Yanğın zamanı sexdə təmirdə olan Qax rayon sakini Zaur Abbasova məxsus 55-CB-215 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobil də yanıb.
Qaxda avtomobil təmiri sexində yanğın olub - VİDEO
Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Hadisə nəticəsində sex və içərisindəki avtomobil yanıb. Yaxınlıqda olan ümumi sahəsi 450 kvadratmetrlik obyekt, tikiş sexi, yaşayış binaları və "Azpetrol" yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:11
Əfv sərəncamının icrasına başlanılıb
Daxili siyasət14:10
Sözün Füzuli mərtəbəsi: Əsrlərdən süzülən poetik möcüzə və şeirin ən yüksək məqamı kimi
Ədəbiyyat14:10
Foto
Video
Masazırda yük maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB
Hadisə14:00
Efiopiyada Tıqray qüvvələri Mekele hava limanını ələ keçirib
Digər ölkələr13:53
"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb
Komanda13:52
Dünya Bankı və işgüzar dairələr Orta Dəhlizin perspektivlərini müzakirə edib
İnfrastruktur13:48
Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"
Formula 113:45
"Red Bull" pilotu İsak Hacar: "Bakıda qalib gəlmək istəyirəm"
Formula 113:41