Qaxda avtomobil təmiri sexində yanğın olub - VİDEO
Hadisə
- 28 iyun, 2021
- 08:30
Qax rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Əliağa Vahid küçəsində Eyvaz Rəsulova məxsus ümumi sahəsi 45 kvadratmetr olan avtomobil təmiri sexində baş verib.
Yanğın zamanı sexdə təmirdə olan Qax rayon sakini Zaur Abbasova məxsus 55-CB-215 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobil də yanıb.
Qaxda avtomobil təmiri sexində yanğın olub - VİDEO
Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Hadisə nəticəsində sex və içərisindəki avtomobil yanıb. Yaxınlıqda olan ümumi sahəsi 450 kvadratmetrlik obyekt, tikiş sexi, yaşayış binaları və "Azpetrol" yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:58
"Reuters": İspaniya hökumətinə Seutaya kütləvi miqrant axını barədə xəbərdarlıq edilmişdi
Digər ölkələr12:54
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
Ekologiya12:34
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var - ƏLAVƏ OLUNUB
Hadisə12:23
"Neftçi" ABŞ-dən olan basketbolçu Cerod Robinsonu heyətinə qatıb
Komanda12:11
Azərbaycanda aqrar sahədə nəticəəsaslı subsidiyalaşdırma modelinə keçid təklif olunur
ASK12:09
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Ekologiya12:07
Foto
"Yay Fest 2026" çərçivəsində "Elm, Etika və Gələcək" düşərgəsi təşkil olunub
Daxili siyasət12:00
İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
Hadisə11:58