Qaxda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, daha ikisi xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır.
Qəza zamanı onların 2 azyaşlı övladı xəsarət alıb. Hadisə onlar Qaxdan yaşadıqları Cəfərabad kəndində qayıdan zaman baş verib.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.
Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaxda ağır yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı "Ford"la toqquşan "VAZ-21015"də olan digər sərnişin də xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Daha iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qaxda ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı "Ford"la toqquşan "VAZ-21015"də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.