Qaxda 6 otaqlı evdə yanğın olub
Hadisə
- 14 yanvar, 2024
- 16:41
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən "Report"a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Evin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.
Son xəbərlər
00:40
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
Digər ölkələr00:15
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
Digər ölkələr23:55
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
Digər ölkələr23:45
ABŞ-nin energetika naziri hazırda İranla razılaşmaya ümid etməməyə çağırıb
Digər ölkələr23:30
UKMTO: Hörmüz boğazında gəmilərdən biri hücuma məruz qalıb
Digər ölkələr23:16
Kris Rayt: ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır
Digər ölkələr22:59
Göyərtəsində ABŞ konqresmeninin olduğu təyyarə gölə qəza enişi edib
Digər ölkələr22:44
İstanbulda avtobusun alışması nəticəsində ölən və yaralananlar var
Region22:28
Foto