Qasırğa və leysan yağışı Masallıda 30 evə ziyan vurub, elektrik kəsilib
Hadisə
- 22 aprel, 2023
- 11:34
Masallıda ötən gün baş verən qasırğa və yağan leysan yağışın vurduğu ziyan dəqiqləşdirilir.
“Report”un cənub bürosunun məlumatına görə, dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçiriblər.
İlkin məlumatlara görə, rayonun Təzə Alvadı kəndində 30-a yaxın evin dam örtüyünə ziyan dəydiyi, 5 evin isə yaşayış üçün qəzalı olduğu müəyyən edilib.
Bundan başqa güclü qasırğa və leysan yağışla müşaiyət olunan qeyri-sabit hava şəraiti nəticəsində elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Əkin sahələri subasmaya məruz qalıb.
Təmir briqadaları elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılması istiqamətində çalışır.
Masallı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əhaliyə dəymiş ziyan hesablanır.
Son xəbərlər
09:32
Mahir Emreli: "Beş dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram"
Futbol09:27
Video
FHN: Azərbaycanda ötən həftə 219 yanğına çıxış qeydə alınıb
Hadisə09:24
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:20
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb
İKT09:11
Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb
Hadisə09:09
Bakıda moped divara çırpılıb, sürücü ölüb
Hadisə09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.03.2026)
Maliyyə09:01
"Barselona"da prezident seçkilərinin nəticələri açıqlanıb: Laporta qələbə qazanıb
Futbol08:52