Qarqarçay çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 01 sentyabr, 2022
- 15:51
Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
19:51
Qarqarçay çayında bir nəfər batıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.