Bakıda ​qardaşını bıçaqlayaraq öldürən şəxs polisə təslim olub

Hadisə
  • 19 yanvar, 2016
  • 09:36
Bakıda ​qardaşını bıçaqlayaraq öldürən şəxs polisə təslim olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda qardaşını bıçaqlayaraq öldürən şəxs polisə təslim olub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, Sabunçu qəsəbəsində yaşayan Faiq Xəlilov evində ailə-məişət münaqişəsi zəminində qardaşı Malikə bıçaqla xəsarət yetirib və könüllü olaraq 12-ci Polis Bölməsinə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilən Malik Xəlilov orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.