Qaradağda tapılan meyitin kimliyi müəyyənləşib

Hadisə
  • 10 avqust, 2016
  • 15:58
Qaradağda tapılan meyitin kimliyi müəyyənləşib

Bakı. 9 avqust. REPORT.AZ/ Qaradağ rayonunda tapılan meyitin kimliyi müəyyən edilib.

"Report" xəbər verir ki, aparılan araşdırma zamanı onun itkin düşmüş, 1937-ci il təvəllüdlü Rəhman Hüseynov olduğu aydınlaşıb.

Xatırladaq ki, ötən gün Qaradağ rayonunun Sanqaçal qəsəbəsinin dəniz kənarı ərazisində tapılan meyitin üzərində zorakılıq əlaməti görünməyən 60-65 yaşlarında kişi meyiti olduğu bildirilmişdi.

Faktla bağlı araşdırma aparılır.