Avtomobilini Qarabağ kanalına aşıran sürcünün meyiti tapılıb

Hadisə
  • 27 aprel, 2022
  • 06:24
Avtomobilini Qarabağ kanalına aşıran sürcünün meyiti tapılıb

Avtomobili ilə Qarabağ kanalına düşərək boğulan sürücünün meyiti tapılıb.

"Report"un məlumatına görə, aprelin 16-da Qarabağ kanalının Yevlax rayon Malbinəsi kəndi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayon sakini, Yevlax rayonunda məskunlaşan,1999-cu il təvəllüdlü Sərxan Rizvan oğlu İsmayılzadə "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını Qarabağ su kanalına aşırmışdı.

Hadisədən dərhal sonra sürücünün axtarışları üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunmuşdu.

Axtarışlar nəticəsində bu gün səhər saatlarında S.İsmayılzadənin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə