Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb

Komanda
  • 11 noyabr, 2026
  • 12:13
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Kəmalə Əsgərova kişi voleybolçular arasında keçiriləcək CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin oyununa təyinat alıb.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

O, Xorvatiyanın "Ribola Kastela" və Avstriyanın "UVC Holding Qrats" komandaları arasında bu gün Xorvatiyada keçiriləcək qarşılaşmada birinci hakim olacaq.

Ədalət təmsilçisinə bolqarıstanlı Boyan Zhelev kömək edəcək.