Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxsə 10 il cəza verilib

Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxsə 10 il cəza verilib Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından istifadə edərək vətəndaşların pullarını mənimsəyən İlyas Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
1 Oktyabr , 2021 12:15
Özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxsə 10 il cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından istifadə edərək vətəndaşların pullarını mənimsəyən İlyas Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İlyas Mikayılov özünü ETSN-in əməkdaşı və həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb.

Məlumata görə İ.Mikayılov zərərçəkmişlərdən iş qurmaq adı ilə pul alıb.

Son xəbərlər

Orphus sistemi