Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib

Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib Azərbaycanın Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsas
Hadisə
6 Oktyabr , 2022 14:56
Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib

Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib.

Bu barədə "Report"a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan ərazisində cinayət törətməkdə təqsirlənirilən həmin ölkənin vətəndaşı Aşurəliyev Şərəf Xumoyunoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.

Belə ki, Şərəf Aşurəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.

Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. Şərəf Aşurəliyev hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi