Ov tüfəngi ilə həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Ov tüfəngi ilə həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Hadisə
8 May , 2021 11:42
Ov tüfəngi ilə həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

21 yanvar 2021-ci il tarixdə rayon sakini Bəxtiyar Alıyevin odlu silahla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Şəmkir Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vasif Aslanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə etdiyi ov tüfəngi ilə Bəxtiyar Alıyevi qəsdən öldürüb.

Vasif Aslanov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi