Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib

Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib “Cəzaların humaistləşdirilməsi siyasəti nəticəsində 1 884 məhkum barəsində məhkəmələrə sənəd daxil olub”.
Hadisə
25 Yanvar , 2021 11:56
Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib

“Cəzaların humaistləşdirilməsi siyasəti nəticəsində 1 884 məhkum barəsində məhkəmələrə sənəd daxil olub”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, bu sənədlərin əksəriyyəti təmin edilib:

"Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı 01 may 2020-ci il tarixli Qanunun icrası çərçivəsində penitensiar və probasiya xidmətləri üzrə 334 nəfər tamamilə cəzadan azad olunub, 591 nəfərin isə cəza müddəti azaldılıb, Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib, 422 məhkum məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 10 məhkum ağır xəstəliyə görə azadlığa buraxılıb, 906 nəfərin həbs qətimkan tədbiri dəyişdirilib. Bunların əksəriyyəti pandemiya dövründə tətbiq edilib. Həmçinin koronavirus pandemiyası ilə əlaqədar yaşı 65 yaşdan yuxarı olan 176 nəfər əfv sərəncamı ilə azad edilib. Ümumilikdə son illərdə cəza siyasətinin humaistləşdirilməsi nəticəsində amnistiya və əfv sərəncamıarı ilə 8000 nəfər azadlığa buraxılıb”.

Son xəbərlər

Orphus sistemi