Füzulidə minaya düşən gəncin durumu açıqlanıb

Füzulidə minaya düşən gəncin durumu açıqlanıb Ötən gün Füzulinin Seyid Əhmədli kəndində minaya düşən Vüqar Zülfüqarlının son durumu açıqlanıb.
Hadisə
24 Mart , 2022 11:10
Füzulidə minaya düşən gəncin durumu açıqlanıb

Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində ötən gün minaya düşən Vüqar Zülfüqarlının durumu açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə nəticəsində o, sol pəncəsindən qəlpə yarası alıb və fəqərəsi sınıb.

V.Zülfüqarlı əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada ona ilkin tibbi yardım göstərilib. Daha sonra Bakıdakı Klinik Tibbi Mərkəzə təxliyə olunub və Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda yaralının sağlıq durumu yaxşıdır.

Qeyd edək ki, martın 23-də Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi