Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb
Hadisə
- 28 dekabr, 2025
- 10:29
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən realizə edilməsinin qarşısı alınıb.
Bu barədə "Report"a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd "Platinium Seven" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb
Son xəbərlər
12:47
Myanmada ümumxalq seçkiləri keçirilir
Digər ölkələr12:29
"Mançester Yunayted" yeni hücumçu ilə danışıqlar aparır
Futbol12:16
Sabah Bakıda hava buludlu olacaq, dağlıq ərazilərə qar yağacaq
Ekologiya12:09
Gədəbəyə qarın hündürlüyü 20 sm-i keçib, avtomobil yolları buz bağlayıb
Ekologiya11:58
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
İnfrastruktur11:55
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Ekologiya11:52
KİV: Milyardlarla dollar əhaliyə yox, Xameneinin nəzarətindəki qurumlara xərclənir
Region11:39
"Arsenal" "Milan"ın müdafiəçisini transfer etmək istəyir
Futbol11:20