Oğuzda avtomobillərin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB
- 10 yanvar, 2024
- 15:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Oğuzda avtomobillərin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alan şəxslər 1997-ci il təvəllüdlü Pərviz İsayev və və 1995-ci il təvəllüdlü Əli Ellazovdur. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, yol qəzası Oğuz-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində baş verib. Pərviz İsayevin idarə etdiyi "VAZ-2106" və Azad Xəlilovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.
Faktla bağlı araşdırma aparılır.
17:34
Oğuz-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Nəticədə avtomobillərdə olan bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hazırda yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.