Oğurluğa görə axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana gətirilib
- 04 aprel, 2019
- 07:41
Yeniliklərdən dərhal xəbərdar olun!
İmişli rayonunda silsilə oğurluq edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (təkrar törədildikdə) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri axtarışda olan rayon sakini Elçin Cəfərov Rusiya Federasiyasının hüquq-mühafizə orqanları və İmişli Rayon Polis Şöbəsinin həmin ölkəyə ezam edilən əməkdaşları ilə birgə keçirilən tədbir nəticəsində tutularaq Azərbaycana gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.