Naxçıvanda “TikTok" və “Instagram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, araşdırmalarla həmin şəxsin xarici ölkə vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17 min manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.