Naxçıvanda İMEİ kodları saxtalaşdırılan 42 ədəd telefon aşkarlanıb

Naxçıvanda İMEİ kodları saxtalaşdırılan 42 ədəd telefon aşkarlanıb Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən ticarət mərkəzindəki telefon mağazalarından ümumilikdə 42 ədəd İMEİ kodları saxtalaşdırılaraq dəyişdirlimiş mobil telefonlar aşkarlanaraq götürülüb.
Hadisə
8 Fevral , 2023 18:59
Naxçıvanda İMEİ kodları saxtalaşdırılan 42 ədəd telefon aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən ticarət mərkəzindəki telefon mağazalarından ümumilikdə 42 ədəd İMEİ kodları saxtalaşdırılaraq dəyişdirlimiş mobil telefonlar aşkarlanaraq götürülüb.

Bu barədə "Report"un yerli bürosuna Culfa Rayon Polis Şöbəsindən məlumat verilib.

Telefon satışı ilə məşğul olan Toğrul Ələkbərov, Heydər Hümbətov, Məhəmməd Məmmədov, Fizuli Nəsirov və Teymur Qalayev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi