Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb

Hadisə
  • 23 mart, 2026
  • 00:54
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.