“Nardaran Qalası”nda silah-sursat gizlədən şəxs saxlanılıb

“Nardaran Qalası”nda silah-sursat gizlədən şəxs saxlanılıb Bakı. 28 may. REPORT.AZ/ Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Hadisə
28 May , 2018 15:25
“Nardaran Qalası”nda silah-sursat gizlədən şəxs saxlanılıb

Bakı. 28 may. REPORT.AZ/ Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçiriblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum olumuş Nadir Qurbanovda odlu silah olması, həmin silahı “Nardaran Qalası”nda gizlətməsi barədə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə qeyd edilən yerə baxış keçirlən zaman oradan 1 ədəd “Makarov” markalı tapança və içərisində 7 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin salah-sursatın ona məxsus olmasını etiraf edib.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi