Naftalanda avtomobillə qadını vurub qaçan sürücü saxlanılıb
Hadisə
- 14 noyabr, 2023
- 06:21
Naftalan şəhər sakini, 1981-ci il təvəllüdlü S.İmaninin ölümünə səbəb olan sürücü saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Polis Şöbəsinə naməlum avtomobil tərəfindən piyadanın vurulması, onun aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini M.Hüseynov tanışına məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçıb, daha sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.
Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir.
Son xəbərlər
02:26
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş əməkdaşı məlumatları mediaya sızdırdığı üçün həbs edilib
Digər ölkələr01:50
Livanda atəşkəsdən sonra ölənlərin sayı 254-ə çatıb
Digər ölkələr01:26
Monteneqro XİN: Hörmüz boğazında naviqasiya azadlığı prioritet olmalıdır
Digər ölkələr00:56
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçirilib
Futbol00:38
Vens: İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək
Digər ölkələr00:27
ABŞ İranla əldə olunan atəşkəsin Livana da şamil edilməsi imkanlarını nəzərdən keçirir
Digər ölkələr00:01
BVF: Yaxın Şərqdəki müharibə ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq
Digər ölkələr23:44
Ekvador Kolumbiyadakı səfirini müvəqqəti olaraq geri çağırır
Digər ölkələr23:21