Bələdiyyə üzvü dələduzluqda ittiham edilir

Bələdiyyə üzvü dələduzluqda ittiham edilir ​​​​​​​Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, dələduzluqda ittiham edilən Fərid Dəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9521
23 İyul , 2020 10:57
Bələdiyyə üzvü dələduzluqda ittiham edilir
pexels.com

Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, dələduzluqda ittiham edilən Fərid Dəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un əldə etdiyi xəbərə görə, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Elçin Məmmədovun icraatına verilib.

Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Dəmirov Fərid İslam oğlu etibardan sui-istifadə edərək, Osmanov Fərhad Heybət oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir. 

Ona Cinayət Məcəlləsinin 178.2.2-cu (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.

23 dekabr 2014-cü ildən Sumqayıt şəhər Bələdiyyəsinin üzvüdür.

Sumqayıt şəhər Bələdiyyəsinin mətbuat katibi Vüsal Məmmədov “Report”a açıqlamasında bildirib ki, Fərid Dəmirov hazırda Sumqayıt bələdiyyəsinin üzvü deyil:

“O, 2014-2019-cü illərdə Sumqayıt şəhər Bələdiyyəsinin üzvü olub. Hazırda onun adı Sumqayıt şəhər Bələdiyyəsinin rəsmi saytında yer alsa da, bu, texniki problemlərdən qaynaqlanır”.

Son xəbərlər

Orphus sistemi